00:00:00
Yazar
Admin User
10.10.2023 14:41 333 1 dəq oxuma
Sosial

BDU-da “Dəvətli professor” layihəsinə start verildi

BDU-da “Dəvətli professor” layihəsinə start verildi

Bu gün BDU-nun Jurnalistika fakültəsində “Dəvətli professor” layihəsi çərçivəsində Azərbaycan İnternet forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüzün jurnalist-tələbələrlə görüşü olub. Görüşü giriş sözü ilə açan Multimedia və elektron kommunuikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli müasir dövrdə cəmiyyətin opertiv və dəqiq məlumatlandırılmasının vacibliyindən, bu sahədə sosila şəbəkələrin rolundan danışıb.

Tələbələlərin çıxışını maraqla qarşıladığı Osman Gündüz məlumat platforması kimi vətəndaş mediası və sosial şəbəkələrin əhəmiyyəti, bu sahədə datalardan istifadənin özəlliyi, maraqlı kontentlərin hazırlanması,  maliyyə, hüquq və etik problemlərin tənzimlənməsi məsələlərindən bəhs edib. Dünya və Azərbaycan təcrübəsinə istinad edən məruzəçi tələbələrin çoxsaylı suallarına cavab verib. Seminar-diskussiya formatında keçirilən görüşün sonunda O.Gündüz diskussiyada fəal iştirak edən bir neçə tələbəyə Media Monitorinqi və Təhlil Sistemi layihəsindən bəhrələnmək üçün “YeniMedia.az! saytının admin panelinin linkini verib.

Ziyafət Əlisoy

 

 

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər