00:00:00
Yazar
Admin User
07.05.2025 10:10 502 1 dəq oxuma
Media

BDU-da jurnalistika dərsi

BDU-da jurnalistika dərsi

 

Azərbaycan Televiziyası (AzTV) İdarə Heyətinin sədri Rövşən Məmmədov Bakı Dövlət Universitetinin (BDU) qonağı olub. Rövşən Məmmədov Jurnalistika fakültəsində tələbə və müəllim heyəti ilə görüş keçirib.

Sədr eyni zamanda şəxsi həyat yoluna və strateji qərarlarına da toxunub. Bildirib ki, uğur yalnız peşəkar biliklərlə deyil, həm də davamlı özünüinkişaf, prinsipial mövqe və məqsədyönlü fəaliyyətlə əldə olunur. 


Tədbirdə tələbələr öz suallarını sədrə ünvanlayıb, real media təcrübəsi ilə bağlı maraqlı müzakirələr aparılıb.


Qeyd edək ki, bu cür görüşlər tələbələrin media sahəsindəki biliklərini artırmaqla yanaşı, onları gələcək peşə fəaliyyətinə daha yaxşı hazırlayır.

 

Vüqar Alışov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər