00:00:00
Yazar
Zəri Bayramlı
30.04.2026 17:24 124 2 dəq oxuma
Media-Yubiley

BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti tədbiri keçirildi

BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti tədbiri keçirildi

Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunan "Professor Nəsir İmanquliyev dərsləri" layihəsinin növbəti tədbiri keçirildi və üçüncü dərsin qonağı Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Əməkdar jurnalist Elçin Şıxlı oldu.

 

Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev tədbirin açılışını etdi.

 

Elçin Şıxlı, jurnalist məsuliyyətinin hər zamankından daha məsulliyyət və diqqət tələb etdiyini vurğuladı:

 

“Hazırda dünyada cərəyan edən prosesləri müşahidə etdikdə, hər kəsin fərqli məlumatlar yaydığının şahidi oluruq. Hətta şəxsən mən belə, hansı məlumata etibar edəcəyimi bilmirəm. Jurnalistika böyük məsuliyyət tələb edən bir peşədir. Bu sahənin özünəməxsus etik prinsipləri mövcuddur və hər kəs jurnalistikanın “dördüncü hakimiyyət” statusuna sahib olduğunu dərk etməlidir. Bizim funksiyamız xəbəri lazımı mənbələrə çatdırmaqdır ki, çatışamayan cəhətləri aradan qaldırsın”.

 

Tədbir zamanı , Elçin Şıxlı medianın texnoloji inkişafı və bir çox janrların tarixə qovuşmasına da diqqət çəkdi.  O, bildirdi ki, 20 il əvvəl böyük redaksiya binalarına ehtiyac duyulurdusa, indi bir otaq və müasir texnologiya ilə redaksiya qurmaq mümkündür:

 

“Jurnalistikada bəzi janrlar artıq yox olub, bəziləri isə yox olmaq üzrədir. Məsələn, felyeton janrı demək olar ki, qalmayıb, digərləri də tədricən sıradan çıxır. İndi informasiya sosial şəbəkələr vasitəsilə 'üfüqi' şəkildə, tam sərbəst yayılır. Təəssüf ki, insanlarda ən yaxşı bir şeyi belə mənfiyə doğru dəyişmək meyili var . Hər yaxşı şeyin bir mənfi tərəfi olduğu kimi, bunun da vardır və insanlar bunu dərk etməlidir”.

 

Professor Nəsir İmanquliyevin ustadlıq məktəbindən söz açan qonaq, onun peşəsinə olan sadiqliyini tələbələrə nümunə göstərdi:

 

“Nəsir müəllim təkcə peşəkar jurnalist deyil, həm də böyük bir jurnalistika məktəbi yaradan ustad idi. Vaxtilə onu daha yüksək vəzifələrə dəvət etsələr də, o, rahat kabineti deyil, çətin yolu seçərək “Bakı” qəzetini təsis etdi.Ondan sonra qəzet əvvəlki kimi olmadı”.

 

Sonda professorun həyat və yaradıcılığına dair suallar cavablandırıldı və xatirə şəkli çəkildi.

 

Zəri Bayramlı

#azərbaycan #“professor #dərsləri” #i̇manquliyev #növbəti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər