00:00:00
Yazar
Elmira Ağayeva
14.05.2026 16:26 45 2 dəq oxuma
Media

BDU-da Rafiq Həşimovla görüş keçirildi

BDU-da Rafiq Həşimovla görüş keçirildi

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan radiosu və televiziyasının tanınmış siması, AzTV-nin sədr müavini, diktor, rejissor və Azərbaycan Respublikasının əməkdar artisti Rafiq Həşimov tələbələrlə görüşdü.

 

Görüşdə çıxış edən Rafiq Həşimov sovet dövründə formalaşan gəncliyini xatırladaraq, müasir dövrün, xüsusən internetin yaratdığı geniş imkanlardan danışdı. O, Azərbaycanın son illərdə qazandığı uğurları və ərazi bütövlüyünün bərpasından sonra yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğuladı, tələbələrin bu prosesin həm şahidləri, həm də aktiv iştirakçıları olduğunu qeyd etdi.

ı

R.Həşimov tələbələrin könüllü şəkildə təhsil almağa marağını yüksək qiymətləndirdi, gənclərlə görüşlərdən daim öyrəndiyini bildirdi. O, şəxsiyyət və peşəkarlıq mövzusuna toxunaraq, insanın dəyərinin tutduğu vəzifə ilə deyil, cəmiyyətə faydası ilə ölçüldüyünü dedi. Media sahəsində peşəkarlığın və vicdanın əsas prinsip olduğunu vurğulayan natiq, efirdə etik dəyərlərin qorunmasının vacibliyini diqqətə çatdırdı.

 

Tənqidə münasibətindən danışan Rafiq Həşimov jurnalistikanın mahiyyət etibarilə sual doğuran və problemlərə toxunan bir peşə olduğunu bildirdi. O, publik şəxslərin tənqidə açıq olmasının vacibliyini qeyd etdi. Sosial media ilə bağlı isə tələbələrə müraciət edərək, kontekstdən çıxarıla biləcək videoların paylaşılmasında diqqətli olmağı tövsiyə etdi.

 

Nitqin inkişafında poeziyanın mühüm rol oynadığını deyən R.Həşimov, Azərbaycan dilinin gözəlliklərini folklor, klassik poeziya və keyfiyyətli ədəbiyyat vasitəsilə mənimsəməyin əhəmiyyətini vurğuladı. O, gənclərə daim oxumağı, müşahidəçi olmağı və seçdikləri peşədə daxili kamilliyə inanmağı tövsiyə etdu.

 

Görüş sual-cavab formatında davam edib və tələbələrin böyük marağı ilə qarşılanıb, sonda xatirə şəkli çəkildi. 

 

Mələk Hüseynova

#BDU #media
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər