BDU TƏLƏBƏLƏRİNƏ ŞAD XƏBƏR
2022-2023-cü tədris ilinin yaz semestrində təmirə bağlanan Bakı Dövlət Universitetinin 2 saylı korpusu istifadəyə hazırdır.
Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva bu barədə İnformator.az-a məlumat verib. BDU rəsmisinin sözlərinə görə, 2 saylı korpusun təmiri başa çatmaq üzrədir və növbəti semestrdə yenidən fəaliyyətə başlaması nəzərdə tutulur. Təmir əsasında digər yerlərə köçürülən Jurnalistika, İnformasiya və sənəd menecmenti, Şərqşünaslıq, Sosial elmlər və psixologiya fakültələrinin tələbələri yeni dərs ilinə öz korpuslarında davam edəcəklər.
ÇİNARƏ MURADOVA
