00:00:00
Yazar
Admin User
29.08.2023 17:26 338 2 dəq oxuma
Sosial

BELƏ GÜCLÜ İLDIRIM SONUNCU DƏFƏ 40 İL ƏVVƏL ÇAXIB

BELƏ GÜCLÜ İLDIRIM SONUNCU DƏFƏ 40 İL ƏVVƏL ÇAXIB

    Ötən gecə Bakını silkələyən ildırım bütün şəhəri yuxudan ayıltdı desək, yanlmarıq. “Yuxudaydıq səsdən ayıldıq, şiddətli bir şey idi. Çoxdandır belə bir hadisə baş vermirdi Bakıda”.

   Ekoloqlar deyir ki, uzun müddətdir belə şiddətli ildırımın müşahidə olunmamasının səbəbləri var. Telman Zeynalovun sözlərinə görə, 40 ilə yaxındır Azərbaycanda belə bir proses olmayıb. “Yəni, iqlim dəyişilmişdi, quraqlığa keçirdi. Indi yavaş-yavaş tədricən yağıntılar sezonu başlayıb. Yağıntılar sezonunda da ki, ildırım da çaxacaq, göy də guruldayacaq. Camaat qorxmasın, o təbii prosesdir. Camaat bunu çoxdan eşitməyib. Əsasən cavanlar, 40 yaşına kimi çatanlar. Onlar bunu görməyiblər, eşitməyiblər. Ona görə də görəndə qorxub vahiməyə düşürlər ki, bu, nə prosesdir. Ondan da beşbetər olur. Bir də görürsən ki, ildırım elə çaxır ki, binanı yandırır, ağacı yandırır”.

   Telman Zeynalov deyir ki, sonuncu təbiət hadisəsi insanlar üçün deyil, daha çox binalara təhlükə yaradır. Açıq və dağlıq ərazilərdə olanlar isə ildırım çaxan zaman mütləq şəkildə özünü qorumalı, qaya və ya təpəlik ərazidə daldalanmalıdılar. Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev isə bildirir ki, qarşıdakı günlərdə belə güclü təbiət hadisəsi gözlənilmir. Baxmayaraq ki, qeyri-sabit hava şəraiti bir müddət davam edəcək. “Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək, küləkli hava şəraiti müşahidə olunacaq, şimal qərb-küləyi əsəcək. Gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Azərbaycanın rayonlarına gəldikdə isə, ayın 30-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə güclü şimşək çağaxacağı, dolu düşəcəyi ehtimalı var”.

   Hava şəraitinin qeyri-sabit keçdiyi müddətdə yağışlar bəzən sel və daşqına səbəb ola bilər. Buna görə də Hidrometorologiya Mərkəzi əhaliyə ehtiyatlı olmağı tövsiyə edir.

ZEYNƏB

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər