00:00:00
Yazar
Admin User
12.06.2023 12:18 282 1 dəq oxuma
Sosial

Belçikada məhbus kamerasını yandırdı, işçilər işi dayandırdı

Belçikada məhbus kamerasını yandırdı, işçilər işi dayandırdı

Belçikada məhbus həbsxana şəraiti pis olduğu üçün kamerasını yandırıb və həbsxana işçiləri bir günlük tətilə başlayıb.

 

İnformator.az Brusseltimes-a istinadən xəbər verir ki, Antverpendəki Merksplas həbsxanasında məhbus dünən gecə saatlarında kamerasını yandırıb və mühafizəçilərin müdaxiləsi nəticəsində xilas edilib. Bu hadisədən sonra həbsxana işçiləri 24 saatlıq tətil başladıb. Bunun son bir ildə həmin həbsxanadakı 19-cu tətil olduğu bildirilib.

 

2016-cı ildə isə həmin həbsxanada 200-ə yaxın məhbusun üsyanı nəticəsində yanğın baş verdiyi və nəticədə bütün binanın alovlandığı da əlavə olunub.

 

Qeyd edək ki, Belçikada həbsxanalardakı əlverişsiz şərait tez-tez ölkənin gündəminə gəlir. İlin əvvəlində bütün ölkə üzrə həbsxana işçiləri maaşlarının və iş şəraitinin yaxşılaşdırılması kimi tələblərlə bir günlük tətilə çıxıblar.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər