00:00:00
Yazar
Admin User
02.10.2025 18:01 130 1 dəq oxuma
İdman

Bellingham 2024–2025 mövsümündə İngiltərənin ən yaxşı futbolçusu seçilib

Bellingham 2024–2025 mövsümündə İngiltərənin ən yaxşı futbolçusu seçilib

İngiltərə Futbol Assosiasiyası (FA) vasitəsilə təqdim olunan və azarkeşlərin səsverməsi ilə müəyyən olunan bu mükafata "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingham layiq görülüb.

 

Bellingham Declan Rice və Harry Kane-i geridə qoyaraq mövsümün ən yaxşısı seçilib. Bu, onun bu mükafata ilk dəfə sahib olmasıdır. Qeyd edək ki, mükafat 2003-cü ildən təqdim olunur və Bellingham İngiltərə xaricində çıxış edən ikinci futbolçudur ki, bu mükafatı qazanır. İlk belə hadisə 2006-cı ildə Owen Hargreaves-in qalibiyyəti olub. Statistik göstəriciləri: Bellingham ötən mövsüm İngiltərə millisinin heyətində 8 oyunda çıxış edib və komandanın UEFA Millətlər Liqasının A Divizionuna yüksəlməsində mühüm rol oynayıb. O, ötən ilin oktyabrında Yunanıstana qarşı matçda qol vurub, noyabrda İrlandiyaya qarşı 5:0 hesablı qələbədə isə oyunun ən yaxşısı seçilib. Bu oyunda 2, martda Albaniyaya qarşı isə 1 qol ötürməsi ilə yadda qalıb.

 

 

Real Madrid 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər