Bellinqhem Serbiya ilə oyuna ehtiyatda başlayacaq
İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqhem Serbiya ilə keçiriləcək DÇ-2026-nın seçmə oyuna ehtiyatdan başlayacaq. Onun yerinə Morqan Rocers "10 nömrə" mövqeyində çıxış edəcək.
"Mançester Siti"dən Niko O’Reilli ilk dəfə əsas heyətdə debüt edəcək. Markus Reşford zədəli Entoni Qordonu əvəz edəcək. Yarımmüdafiədə Deklan Rays, Rocers və Anderson oynayacaq. Hücumda Saka və Keyn yer alacaq. Qapıda isə Pikfordun dayanacağı gözlənilir. Aleks Skott və Mark Guehi zədə səbəbilə Serbiya ilə oyunun heyətində yoxdur.
BBCsport
Mələk Nəsirli
