Berlin TV-də I Avropa Oyunları haqqında reportaj yayımlanıb
Berlin TV kanalı Birinci Avropa Oyunları və ölkəmizin bu idman yarışına hazırlığı ilə əlaqədar reportaj hazırlayaraq tamaşaçılara təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Almaniyanın Berlin TV kanalı Birinci Avropa Oyunları və ölkəmizin bu idman yarışına hazırlığı ilə əlaqədar reportaj hazırlayaraq tamaşaçılara təqdim edib.
Şuranın mətbuat xidmətindən İnformator-a verilən məlumata görə, Şuranın dəstəyi ilə Almaniyanın “Godd Media” təşkilatı Azərbaycanda idmanın, turizmin, vətəndaş cəmiyyətinin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında 8 reportaj hazırlayaraq Berlin TV kanalında yayımlayacaq.
