“Beşiktaş”da “Gençlerbirliği” matçının hazırlıqları davam edir
Trendyol Super Liqasının 9-cu həftəsində “Gençlerbirliği” ilə qarşılaşacaq “Beşiktaş” matçın hazırlıqlarını bu gün səhər saatlarında BJK Nevzat Demir Təsislərində keçirdiyi məşqlə davam etdirib.
Mətbuata qapalı keçirilən məşq təxminən 1 saat 20 dəqiqə davam edib.Baş məşqçi Sergen Yalçının rəhbərliyi altında keçirilən məşq fiziki hazırlıq və taktiki çalışmalar üzərində qurulub. Hazırlıq isinmə qaçışları və ötürmə məşqləri ilə başlayıb, taktiki tapşırıqlarla yekunlaşıb.
Beşiktaş TV
Nazim Xeyrxəbərli
