Beşiktaş Futbol Akademiyasına yeni futbolçular qoşulub
Türk futboluna çoxsaylı istedadlı oyunçular qazandıran “Beşiktaş” Futbol Akademiyası heyətini dörd yeni gənc futbolçu ilə gücləndirib. Akademiyanın və digər klubların izləmə heyətləri tərəfindən inkişafı yaxından izlənilən 2010-cu il təvəllüdlü oyunçular – yarımmüdafiəçilər Ömər Ensari Dal və Ahmet Nezir Şengüzel, hücumçu Beytullah Gezer və müdafiəçi Eren Bulut Meyre akademiyaya qəbul ediliblər.
Futbol Akademiyasının Gənclərin İnkişafı üzrə Texniki Məsul şəxsi Serdar Topraktepe, gənc futbolçuların gələcəkdə həm Türkiyə futboluna, həm də “Beşiktaş”a töhfə verəcəklərinə inandığını bildirib və onlara “Beşiktaş ailəsinə xoş gəldiniz” sözləri ilə uğurlar arzulayıb.
Beşiktaş TV
Nazim Xeyrxəbərli
