00:00:00
Yazar
Admin User
15.08.2025 11:41 141 1 dəq oxuma
İdman

"Beşiktaş"ın "Lausanne" ilə matçlarının hakimləri açıqlanıb

"Beşiktaş"ın "Lausanne" ilə matçlarının hakimləri açıqlanıb

Təmsilçimiz "Beşiktaş"ın UEFA Konfrans Liqası play-off mərhələsində İsveçrə təmsilçisi "Lausanne" ilə keçirəcəyi oyunları idarə edəcək hakimlər müəyyənləşib. İlk oyunu norveçli hakim Sigurd Kringstad, cavab görüşünü isə danimarkalı Jakob Kehlet idarə edəcək.

 

UEFA-nın açıqlamasına görə, 21 avqust Cümə axşamı "La Tuiliere" stadionunda oynanacaq ilk qarşılaşmada norveçli hakim Sigurd Kringstad düdük çalacaq. Ona köməkçi hakimlər kimi həmvətənləri Runar Langseth və Ole Andreas Haukasen yardım edəcəklər.Matçın dördüncü hakimi isə Daniel Higraff olacaq. İki komanda arasında 28 avqust Cümə axşamı "Tüpraş" stadionunda keçiriləcək cavab oyununu isə danimarkalı hakim Jakob Kehlet idarə edəcək. Kehletə köməkçi hakimlər kimi Lars Hummelgaard və Martin Markus təyin olunublar. Görüşün dördüncü hakimi isə Danimarkadan AydınUslu olacaq.

 

Mənbə:TRT Haber 

Nigar Həsənzadə 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər