“Beşiktaş” Konyada – “Konyaspor” səfərinə hazırdır
“Beşiktaş” Futbol A komandası sabah (22 oktyabr) Trendyol Super Liqasının təxirə salınmış 3-cü tur matçında “Tümosan Konyaspor”un qonağı olacaq. Qarşılaşma saat 21:00-da Medaş Konya Böyükşəhər Stadionunda keçiriləcək.
Komanda Sabiha Gökçən Hava Limanından xüsusi təyyarə ilə Konya şəhərinə yola düşüb və 1,5 saatlıq uçuşdan sonra şəhərə çatıb. Azarkeşlər futbolçuları coşqu ilə qarşılayıblar. Səfərdə klub prezidenti Serdal Adalı və rəhbər heyətin bir neçə üzvü də iştirak edir. Baş məşqçi Sergen Yalçın qarşılaşma üçün 20 nəfərlik heyəti müəyyənləşdirib.
Beşiktaş TV
Nazim Xeyrxəbərli
