“Beşiktaş" millinin qapıçısını transfer edə bilər
Türkiyə milli komandası və İngiltərənin “Mançester Yunayted” klubunun qapıçısı Altay Bayındır karyerasını yenidən Super Liqada davam etdirə bilər.
"İnformator.az" “Ajansspor”a istinadən xəbər verir ki, 27 yaşlı qolkiperlə “Beşiktaş” yaxından maraqlanır.
“Qara-ağlılar” İngiltərə nəhəngi ilə masaya oturaraq Altay Bayındırı mövsümün ikinci yarısı üçün icarəyə götürmək niyyətindədir.
Qeyd edək ki, milli qapıçı 2023-2024 mövsümünün əvvəlində "Fənərbaxça"dan 5 milyon avro qarşılığında “Mançester Yunayted”ə transfer olunmuş, lakin İngiltərə klubunda daimi oyun şansı qazana bilməmişdi. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.
