00:00:00
Yazar
Admin User
30.12.2025 17:05 93 1 dəq oxuma
İdman

Beşiktaş, sol qanada Barcelonadan transfer edir

Beşiktaş, sol qanada Barcelonadan transfer edir

Beşiktaş qış transfer pəncərəsi öncəsi heyətini gücləndirmək üçün hərəkətə keçib. Klub rəhbərliyi, xüsusilə cinah mövqeyində keyfiyyətli və gənc bir futbolçu axtarışındadır. Bu istiqamətdə diqqətlərini İspaniyaya yönəldən “qara-ağlılar”, Barcelona-nın gənc oyunçusu Roony Bardghji ilə maraqlanmağa başlayıb.

 

20 yaşlı isveçli futbolçu, Malmö akademiyasından sonra 2020-ci ildə Kopenhagen klubuna keçmiş, bu ilin yayında isə 2.5 milyon avro qarşılığında Barcelona-ya transfer olunmuşdu. Kataloniya klubu, Bardghji-nin daha çox oyun təcrübəsi qazanması üçün onu icarəyə verməyə müsbət baxır. Beşiktaş, mövsümün sonuna qədər futbolçunu pulsuz icarəyə götürmək üçün danışıqlara start verib. Digər tərəfdən, baş məşqçi Sergen Yalçın futbol komitəsinə təqdim etdiyi hesabatda, bəzi oyunçularla yolların ayrılmasını tövsiyə edib. O, Mert Günok və Necip Uysal istisna olmaqla, komandaya istənilən töhfəni verə bilməyən Svensson, Felix və Silva-nın göndərilməsini istəyib. Yalçın, həmçinin Jurasek, Rıdvan, Gökhanın çıxışından narazı qaldığını, Emirhanın isə qeyri-sabit performans göstərdiyini vurğulayıb.

 

Fanatik 

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər