00:00:00
Yazar
Admin User
19.01.2026 19:59 81 1 dəq oxuma
İdman

"Beşiktaş" son dəqiqə qolu ilə qələbə qazanıb

"Beşiktaş" son dəqiqə qolu ilə qələbə qazanıb

Türkiyə Superliqasının XVIII turunda "Beşiktaş" qələbə qazanıb.

 

"İnformator.az"xəbər verir ki, "Tüpraş" stadionunda "Kayserispor"la qarşılaşan "ağ-qaralar" 1:0 hesabı ilə qalib gəliblər.

 

Qolu 90+5-ci dəqiqədə El-Bilal Ture qonaqların qapısına vurub.

 

Bu qələbə sayəsində Sərgən Yalçının rəhbərlik etdiyi kollektiv Superliqadakı xallarının sayını 32-yə çatdırıb və komanda hazırda beşinci sıradadır.

 

Qeyd edək ki, turnir cədvəlinə 43 xalı olan "Qalatasaray" rəhbərlik edir. 42 xala malik "Fənərbağça" ikinci, 38 xalı olan "Trabzonspor" üçüncüdür.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər