“Beşiktaş” Sulşeri qovub
"Beşiktaş" Sulşerin rəhbərliyi altında uğurlu ola bilməyib. Uğuru nədir? Ötən mövsüm Türkiyədə Çempion ola bilməyib, bu mövsüm də görünüb ki, İsveç ilə "Lozzana" komandasını mübarizədən kənarlaşdırıb əsas Liqaya vəsiqə qazana bilməyiblər".
Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu baxımdan əlbəttə ki, onu uğurlu hesab edə bilmərik:
"Yeni baş məşqçi haqqında Türkiyə mediasında Sergen Yalçın olacağı ehtimal edilir. Çünki bundan sonra yəqin ki, onlar əcnəbi gətirməyəcəklər, Türkiyə belə məsələlərə çox diqqət verir. Öz yetirmələrinin, əvvəlki futbolçularının baş məşqçisini gətirirlər və anlaşma olarsa Sergen gələcək".
Zəhra Möhübbətova
