Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb
İran Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasındakı qonşularına hücum etməklə "böyük səhv"ə yol verib.
"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində bildirib.
"ABŞ-nin bir çox müttəfiqləri var idi ki, onlar öz bank sistemlərindəki İran pulları barədə Vaşinqtonla tam səmimi olmaya bilərdilər, lakin qəfildən onlar çox güzəştə gedən tərəfə çevrildilər və hesablara çıxış əldə etməyimizə və ya onların dondurulmasına həvəslə kömək etməyə başladılar", - Bessent vurğulayıb.
"The Wall Street Journal" hələ martın əvvəlində BƏƏ-nin ölkədə yerləşdirilən İran aktivlərini dondurmaq imkanlarını nəzərdən keçirdiyini yazmışdı.
Bessent həmçinin bəyan edib ki, ABŞ tərəfindən İran limanlarının blokadası həm iqtisadi, həm də fiziki xarakter alıb. Onun sözlərinə görə, ölkənin əsas neft terminalı olan İranın Xarq adası ABŞ tərəfindən bloklanıb və bu səbəbdən İran quyuların sökülməsinə başlamaq məcburiyyətində qalacaq.