00:00:00
Yazar
Admin User
22.09.2023 13:41 329 2 dəq oxuma
Sosial

Beyin gimnastikası hamıya lazımdır

Beyin gimnastikası hamıya lazımdır

“Tək psixoloqlar yox, bütün dünya alimləri təhsilin elektrona sistemə keçməsinin gənclərin gələcəyinə mənfi təsir göstərməsini dəfələrlə təsdiqləyib. Elektron dərsliklər, kitablar abituriyenti irəli doğru aparmaz, əksinə geriyə çəkər”.

 

Bu sözləri informator.az-a psixoloq Vəfa Rəşidova deyib. Onun sözlərinə görə, beyin gimnastikası adlı bir anlayış var:

 

“Bu gimnastika hər insana lazımdır. Təəssüflər olsun ki, bəziləri beyin gimnastikası anlayışını əyləncə kimi qavrayır. Amma biz buna əyləncə ilə yox, məhz kitab oxumaq, mütaliələr etməklə nail ola bilərik. Elektron vasitələr müyyən prosesləri sadəcə sürətləndirə bilər, amma effekt verə bilməz. Hansı tələbə, abituriyent elektron yolla müsbət, effektli savad qazanıb?".

 

Ekspert deyir ki, əksəriyyət elektron dərslikdən istifadənin bizləri daha dəbli, müasir göstərdiyini düşünür. Əksinə, bu yolla cahilliyin pik nöqtəsini yaşayırıq. Bu il abituriyentlərin aşağı bal toplaması, istədikləri yerə düşə bilməmələri, keçirdikləri bütün stresslər, məhz elektron təhsilin nəticəsidir. Bunun nəticəsidir ki, beyin öz funksiyasını düzgün tənzimləyə bilmir. Amma kitab oxumaqla beyin olduğundan belə çox inkişaf edir, beyin gimnastikası müntəzəm fəaliyyətdə olur".

 

Psixoloq hesab edir ki, insanların psixologiyalarındakı dəyişiklik, fiziki və mənəvi güclərinin tükənməsi bu yeni sistemin fəsadlarıdır. Tək elektron dərsliklərdən istifadə edənlər yox, eyni zamanda telefonda daha çox vaxt keçirən insanlar belə, öz günlük enerjilərini boş yerə itirir, ruhdan düşür. Öz sağlamlığını, gələcəyini düşünən, həyata aydın baxış tərzi ilə davam etmək istəyən hər kəs kitab oxumalıdır. Elektron sistem zaman qazandırmaz, tam tərsi, uğura gedən bütün yolların qarşısını alar. Psixoloq olaraq, öz pasiyentlərimə belə, daim kitab oxumağı məsləhət görmüşəm. Məsləhətimin də müsbət nəticələrinə şəxsən şahid olmuşam, oluram da”.

 

HƏCƏR ƏMİRASLANLI

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər