00:00:00
Yazar
Admin User
11.10.2023 18:15 477 2 dəq oxuma
Sosial

BEYNƏLXALQ QIZLAR GÜNÜ

BEYNƏLXALQ QIZLAR GÜNÜ

BMT Baş Assambleyasının qərarı ilə 2011-ci ildən 11 oktyabr "Beynəlxalq Qızlar Günü" elan edilib.
Bəs bu günün keçirilməsində əsas məqsəd nədir?  Mövzu haqda millət vəkili Fazil Mustafa açıqlama verib.

 

Fazil Mustafanın fikrincə, bu günün keçirilməsində əsas məqsəd qız uşaqlarının hüquqlarının qorunması ilə bağlıdır. "Dünyada ən çox istismara məruz qalan, insan alverinin, narkamaniyanın qurbanı olan qızlardır,çünki daha köməksiz vəziyyətdədirlər. Nəticədə onların hədəfə götürülməsi daha rahat baş verir, ona görə də belə bir məsələdə qızlara olan diqqətin artırılması məqsədi ilə belə bir gün elan olunub. Əslində, bütün övladlar insanlar üçün əzizdir, amma xüsusilə də qoca şərqin qaranlığında qız uşaqları üçün daha vahiməli bir yaşam standartları var. Bunların müəyyən dərəcədə müzakirə və təftiş olunması,
daha rasional bir düşüncənin cəmiyyətdə formalaşması baxımından faydalıdır".

 

Deputat bu vəziyyəti Azərbaycan ilə müqayisə edib. "Mən hesab edirəm ki, bu mövzu Azərbaycan üçün də aktualdır. Qızların erkən ərə verilməsi, sonra qız uşağına görə abortların alınması bunlar hamısı qıza olan münasibətin təhlükəli bir nümunəsidi və buna görə də biz həm dövlət, həm də cəmiyyət səviyyəsində qızların hüquqlarının qorunması istiqamətində addımlar atmalıyıq və bu gün də əslində müzakirə üçün imkan yaradır. Cəmiyyətimizdə bunun geniş müzakirə olunması,hesab edirəm ki,faydalı olar".

 

Bəs qızların hüquqlarının qorunmasında bu tədbirlər qənaət bəxş edən olurmu?

 

Müsahib bu mövzuya da aydınlıq gətirib.
"Xeyr, hüquqların qorunması üçün müvafiq komitə yaradılıb və bu komitə monitorinq aparır,müəyyən işlər görür,amma qızların hüquqlarının tam mənada qorunduğunu söyləyə bilmərik. Bu cəmiyyətlə bağlı məsələdir,bu qanunla qorunmur.Cəmiyyət əgər qanunun qorxusundan nəisə edirsə bu hələ irəliləyiş sayılmaz,ümumiyyətlə,qızların varlığına münasibət dəyişməlidir.Qızları statistika, doğuş makinəsi olaraq görməkdən qurtulmalıyıq.Cəmiyyət olaraq qızlara bir dəyərli varlıq kimi baxmalıyıq və onların birinci növbədə təhsil məsələsini yoluna qoymalıyıq. Azərbaycanda təhsilsiz qız uşağı qalmamalıdır.Bu təhsilsiz qız uşağı,həm də yaxşı uşaq tərbiyə etməkdə, savadlı və bilgili uşaqlar yetişdirməkdə çətinlik çəkəcək. Biz anaları məhz qızlara verdiyimiz dəyərlə yuxarıya, ali mərtəbəyə qaldıra bilərik və ana hüququ qoruyar, boşanma sayı azalar,savadlı və hazırlıqlı ana mühitində daha doğru davranış və daha tolerant bir münasibəti formalaşdıra bilərlər.Yəni bunlar hamısı bir-biri ilə əlaqəlidir. Ona görə də cəmiyyətin baxış bucağı dəyişmədikcə qanunlar nə qədər məsələdə irəliləsədə,belə bir real vəziyyətdə dəyişiklik olmayacaq".

 

ÇİMNAZ MƏMMƏDOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər