00:00:00
Yazar
Admin User
14.09.2023 19:46 279 2 dəq oxuma
Sosial

"BİLİK GÜNÜ"NDƏ TIXACIN QARŞISI NECƏ ALINACAQ?

"BİLİK GÜNÜ"NDƏ TIXACIN QARŞISI NECƏ ALINACAQ?

   Sabah yeni tədris ili başlayır. Övladını məktəbə aparan valideynlər, işə gedən müəllimlər, tələbələr hər kəs səhər saatlarında yollarda olacaq. Belə olan halda yaranacaq sıxlığı təsəvvür etmək çətin deyil. Bəs, tədris ilin başlamasına 1 gün qalmış yollarda vəziyyət necə olub? Ümumilikdə sabahkı günlə əlaqədar hansı tədbirlərin görülməsi nəzərdə tutulub?

     Sabahdan bütün təhsil müəssisələrinin açılacağını nəzərə alsaq, ciddi sıxlığın olacağı gözləniləndir. Buna görə də yol polisi yollarda təhlükəsizliyin təmin olunması məqsədilə gücləndirilmiş iş rejimində çalışacaq. Bakı şəhər Yol Polisi İdarəsinin inspektoru Fuad Sultanovun sözlərinə görə, tədbirlər planı artıq tərtib olunub. Ötən illərdən olan təcrübəyə əsasən, həmin tıxaclar olan ərazilərdə naryadların artırılması, əlavə naryadların verilməsi, işin daha da gücləndirilməsi nəzərdə tutulub.

   Yollara həm də müşahidə kameraları vasitəsilə nəzarət ediləcək. Təhsil ocaqlarına gedən yollar, küçə və prospektlərdə sıxlıq müşahidə olunduğu təqdirdə sıxlığın aradan qaldırılması məqsədilə həmin ərazilər barədə yol polislərinə mütəmadi məlumatlar ötürüləcək. NİİM-in İctimaiyyətlə Əlaqələr Sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov deyir ki, məktəb və universitetlərin yerləşdiyi əraziləri nəzarətdə saxlamaqla yanaşı, həmin istiqamətlərdə olan yollarda hərəkətin intensivliyini artırmaq məqsədilə yaşıl dalğa sistemi tətbiq ediləcək. "Yaşıl dalğa nədən ibarətdir? Hərəkət zamanı işıqforun yaşıl işığı 20 saniyə göstərirsə, biz onu artıracayıq ki, həmin istiqamətdə sıxlıq yaranmasın və hərəkətin intensivliyi davam etdirilsin".

 Dayanma-durma qaydalarını pozaraq süni sıxlığa səbəb olan sürücülər cərimələnəcək. "Müşahidə kameralarının qeydə aldığı qayda pozuntuları, həmin sürücülər barəsində cərimələr tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsinin 346.1, 346. 2-ci maddələrinə əsasən dayanma-durma qaydalarını pozan şəxslər barəsində 20,40 manat miqdarında cərimə nəzərdə tutulur. Qurum rəsmisi əhaliyə yolda sıxlığın yaranmaması və hərəkət iştirakçıların təhlükəsiz və rahat şəkildə ünvana çatmaları üçün  ictimai nəqliyyata üz tutmağı tövsiyə etdi. 

NƏRGİZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər