Bill Epşteynin təyyarəsindən istifadə edib - Klinton
ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton Almaniyanın "Der Şpigel" jurnalına verdiyi müsahibədə əri Bill Klintonun amerikalı maliyyəçi Ceffri Epşteynin yaxın dostu olmadığını bildirib
"İnformator.az" " Teleqraf"a istinadən xəbər verir ki, o, Bill Klintonun xeyriyyə layihələrinə baş çəkmək üçün Epşteynin təyyarəsindən bir neçə dəfə istifadə etdiyini deyib:
"Bu, Epşteynin məhkum edilməsindən illər əvvəl baş verib. Epşteynin sənədlərində çox məşhur olanlar da daxil olmaqla minlərlə insandan bəhs olunur, lakin bu, onların günahkar olduğunu deməyə əsas vermir".
