00:00:00
Yazar
Admin User
10.08.2025 17:09 149 1 dəq oxuma
Hadisə

Biləsuvarda maşın körpüdən çaya aşıb: Şəhid atası yaralanıb

Biləsuvarda maşın körpüdən çaya aşıb: Şəhid atası yaralanıb

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"İnformator.az"ın "Report"a istinadən məlumatına görə, hadisə Bəydili kəndində qeydə alınıb.

Belə ki, Əfsun Əhmədlinin idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən çaya düşüb.

Qəza nəticəsində sürücü və sərnişin Qəhrəman Bağırov suda boğulmaq təhlükəsi ilə üzləşib. Onlar yaxınlıqda olan kənd sakinlərinin köməkliyi ilə sudan çıxarılıblar. Ə.Əhmədli və Q.Bağırov müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Qeyd edək ki, Q. Bağırov Vətən müharibəsi şəhidi Hikmət Bağırlının atasıdır.

Faktla bağlı araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər