Bilyard üzrə Dünya Çempionatı Ankarada keçiriləcək
Türkiyə Bilyard Federasiyasının prezidenti Ersan Ercan bu il çempionluğu gözlədiklərini bildirib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Ercan ötən mövsüm Hacı Arap Yaman və Barış Çinlə bu sahədə Avropa milliləri çempionluğunu qazanmaqlarından da danışıb.
"Bizim komandamızda dünyanın ən yaxşı oyunçuları var. Bu mərhələlər 2024-cü ilin millisini formalaşdıracaq. Biz Dünya Bilyard Federasiyasından "İndi dünya çempionatına başlayaq" tələbini irəli sürdük. Dünya çempionatını onlar təşkil etdilər. Dünya Artistik Bilyard Çempionatı hər il Gölbaşı obyektlərimizdə keçiriləcək. Dünya Çempionatı kişilər, qadınlar və gənclər kateqoriyalarında fərdi olaraq oynanılacaq. İnşallah kuboklar ölkəmizdə qalacaq".
Ercan Türkiyə Artistik Bilyard Çempionatının ikinci mərhələsinin oktyabrda, üçüncü mərhələsinin isə dekabrda keçiriləcəyini bildirib, Dünya Artistik Bilyard Çempionatının hər il Ankarada keçiriləcəyini vurğulayıb.
