Binalara əlavə olunan eyvanlar- TƏHLÜKƏ ARTIR
Bakıda yerləşən bir sıra yaşayış binalarında sakinlər eyvanları böyüdərək, əlavələr edirlər. Bu hallara daha çox ötən əsrdə istifadəyə verilən binalarda rast gəlinsə də, yeni tikililərdə də sonradan edilən əlavələr az deyil. Bu isə gələcəkdə yarana biləcək fövqəladə hallara zəmin hazırlayır. Belə ki, binalar tikilməzdən əvvəl istifadə ediləcək konstruksiyanın üzərinə düşəcək yük hesablanır. Lakin sonradan artırılan eyvanlar bina üçün əlavə ağırlıq sayılır. Arıtmaların tikintisi zamanı binanın əsas divarı zədələnir, bu isə ərazidə yaşayan insanların həyatını təhlükə altında qoyur.
Memar Elçin Əliyev deyir ki, sonradan eyvan əlavə edən vətəndaşlar özlərinin və ailələrinin həyatını riskə atırlar. Gələcəkdə baş verə biləcək ağır fəsadların nəticəsini elə ilk olaraq həmin binanın sakinləri hiss edəcək. Onun sözlərinə görə, uçqun təhlükəsi ilə yanaşı, belə tikililər şəhərin ümumi görünüşünə də xələl gətirir. Elçin Əliyev belə hallarla qarşılaşan şəxsləri aidiyyatı qrumlara müraciət etməyə çağırır.
Milyonlarla vətəndaşın yaşadığı, paytaxt şəhərdə çoxmərtəbəli yaşayış binalarında bu qədər əlavə tikintinin aparılmasına icazəni hansı qrum verir? Bu eyvanların yaradacğı faciənin nəticəsində zərər çəkəcək vətəndaşlara görə məsuliyyəti hansı qrum daşıyacaq? Suallarımıza cavab tapmaq üçün Bakı Şəhər İcra hakimiyyəti və Dövlət Şəhərsalma və Arxtektura Komitəsi ilə əlaqə saxlasaq da qurumlar israrla adı çəkilən problemin onların səlahiyyətlərinə daxil olmadığnı bildirdilər.
Qasım
