00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
24.07.2026 21:47 31 2 dəq oxuma
Sosial

Binalarla bağlı yeni mərhələ başlayır-"ENERJİ PASPORTU" HANSI BİNALAR ÜÇÜN MƏCBURİ OLACAQ?

Binalarla bağlı yeni mərhələ başlayır-"ENERJİ PASPORTU" HANSI BİNALAR ÜÇÜN MƏCBURİ OLACAQ?

Binalarda enerji səmərəliliyi sahəsində yeni mərhələ başlayacaq.Yeni qanuna görə,vətəndaşlar mənzil alarkən binanın enerji xərcləri barədə məlumatlı olacaqlar. Bəs  bu  yenilik vətəndaşa nə vəd edəcək? Hansı binalara şamil olunacaq?


2027-ci ildən mənzil alanlar onun aylıq enerji xərclərini də əvvəlcədən biləcəklər.”Enerji efektivliliyi” pasportu məhz bunu hədəfləyir.

Bununla bağlı, AzTV xəbərə müsahibəsində Enerji Səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov bildirib ki,burada əsas məqsəd  odur ki,binalar  layihələndirildiyi andan etibarən enerji səmərəliliyi göstəriciləri ön planda olsun.Yəni bina elə layihələndirilsin,elə tikilsin ki,istismar zamanı enerji xərcləri aşağı olsun.


Bəs vətəndaşlar bunu necə qiymətləndirir?

-Çox yaxşı olar,bilərik ki,nə qədər vəsaitimiz gedir.
-Yaxşı,əvvəlcədən bilirəm ki,xərclər nə qədər təşkil edəcək
-Həqiqətən yaxşı fikirdir.Kommunal xidmətlər baxımından ən azından məlumatımız olacaq.


Mütəxəssislərin fikrincə,bu,həm dövlətin enerji siyasətinə  dəstək verəcək,həm də pasportu olan mənzilləri fərqləndirəcək.


Enerji üzrə ekspert İlham Şaban  bu fərqlərdən danışıb:

"Biri var,qaz üçün üçün qışda 50 manat ödüyür,biri də var 200 manat.Yəni fərq real olaraq budur.Bu 2030- u ilə qədər baş versə,Azərbaycan o zamana qədər yaşıl enerjinin tətbiqi sahəsində  2 milyard kub metr qaza qənaət etmiş olacaq".


Bəs sənəd hansı binalar üçün məcburi olacaq?

Cahid Mikayılov  bildirib ki, bu, fərdi yaşayış evləri,tarix və mədəniyyət abidələri,istehsalat binaları,müvəqqəti tikililər və qanunla müəyyənləşdirilmiş digər binalar istisna olmaqla yeni tikilən yenidən qurulan və əsaslı təmir olunan binaların pasportlaşdırılması məcburidir.


Bəs  bu, tikinti dəyərinə necə təsir edəcək?

İnşaat məsələləri üzrə ekspert Muxtar Ərturan vurğulayıb ki, tikinti bir qədər bahalaşa bilər,amma həmin binada yaşayan insanlar uzun illər daha az enerji sərf edəcək və daha aşağı kommunal xərclərlə üzləşəcəklər.


Qeyd edək ki,binada əsaslı təmir aparılmazsa,pasport 10 il qüvvədə qalacaq.

Cəfərova Səkinəbəyim

#bi̇nalar #gündəm #məcburi̇ #olacaq? #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər