00:00:00
Yazar
Admin User
23.06.2023 17:29 291 1 dəq oxuma
Sosial

Bir gecəlik ödənişlə iki il oteldə qaldı

Bir gecəlik ödənişlə iki il oteldə qaldı

Hindistanın paytaxtı Dehlidə bir kişi beşulduzlu oteldə bir gecəlik qalmaq üçün ödəniş edib. Sonra isə iki ilə yaxın qalmağı bacarıb.  

 

İnformator.az Indian Express qəzetinə istinadən bildirir ki, adı açıqlanmayan şəxs 30 may 2019-cu ildə bir gecəlik otaq sifariş etdikdən sonra otelə daxil olub və 22 yanvar 2022-ci ilə qədər orada qalıb.

 

İstintaq hesabatına görə, əməkdaşlardan biri müştərinin ödəniş etməməsinə baxmayaraq qalma müddətini uzatmağa davam edib.

 

Otelin daxili qaydalarına görə müştərilərin borcu 50 min rupini keçdikdə işçilər müştəriyə xəbərdarlıq etməlidirlər.

 

 

İddiaya görə, adamın otelə 5 milyon rupidən çox borcu var.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər