00:00:00
Yazar
Lalə Qafarova
11.03.2026 20:18 24 1 dəq oxuma
Siyasət

"Bir litr neftin belə ixracına imkan verməyəcəyik" - İslam İnqilabı Keşikçiləri Korpusu

"Bir litr neftin belə ixracına imkan verməyəcəyik" - İslam İnqilabı Keşikçiləri Korpusu

 

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının davam etdiyi bir vaxtda regionda gərginlik daha da artır. Müharibənin on birinci günündə dünya bazarında neftin qiyməti 100 dolları keçib, daha sonra isə yenidən enməyə başlayıb. ABŞ tərəfi İrana qarşı hücumların daha intensiv olacağını açıqlasa da, İran rəsmiləri müharibənin taleyinin onların qərarından asılı olacağını bildirirlər. Bu arada bəzi ölkələr regionda təhlükəsizlik tədbirlərini gücləndirir, humanitar yardım və diplomatik çağırışlar gündəmə gəlir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki,  İrana qarşı əməliyyatlar həm geosiyasi vəziyyətə təsir edir, həm də müharibənin başqa ölkələrə təsiretmə ehtimalı qalmaqdadır:


"Və şübhəsiz ki, regionda müharibə gedirsə, regiondakı dövlətlərin xarici və daxili sabitliklərini böyük təhdiddir. Müharibənin uzanması, ilk növbədə bir çox dövlətlərin ciddi böhrana daxil olmasına səbəb olacaq. Həm siyasi səbəblər, həm iqtisadi səbəblər yaranacaq. Xarici siyasət oriyentasiyasını dəyişdirəcək,  bəzi ölkələrdə hakimiyyətlər dəyişəcək, digərlərin də isə vətəndaş qarşıdurması baş verə bilər. İranın proksi qruplarının fəal olduğu dövlətlərlə bağlı mənzərə dəyişəcək və neft qiymətlərinin artırılması münaqişə ilə birbaşa bağlıdır. Hamımız görürük ki, Hörmüz boğazının bağlanması dünyadakı daşıyıcılara kəskin şəkildə təsir göstərir".


Reyhan Quliyeva

#i̇nqilabı #i̇slam #neftin #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər