00:00:00
Yazar
Admin User
08.07.2024 06:11 538 2 dəq oxuma
Sosial

Bir millət, iki dövlət...

Bir millət, iki dövlət...

Biz Azərbaycan və Türkiyə olaraq bir millət iki dövlətik. Xalq şairi Bəxtiyar Vahabzadənin - "Bir millət, iki dövlət " fikrini dəfələrlə həyata keçirdiyimiz tədbirlər, işlər vasitəsilə bunu sübut etdik. Nəyin ki, Azərbaycan və Türkiyə, ümumiyyətlə, Türk dünyası olaraq hər zaman öz dəstəklərimizi bir-birimizin üzərindən əsirgəmirik...

 

Bu proseslərin kökləri qədim tarixlərə dayanır. Buna nümunə olaraq Birinci Dünya müharibəsi zamanı baş verən "Çanaqqala" döyüşünü nümunə göstərə bilərik. Bu döyüşdə 3 mindən çox Azərbaycanlı Çanaqqalada şəhid oldu. Eyni zamanda Türkiyədə ötən ilin 6 Fevralında baş vermiş zəlzələdə yenə də ilk olaraq türk qardaşlarımızın köməyinə ilk Azərbaycanlılar çatdı. 

Bundan əlavə biz İkinci Qarabağ müharibəsini heç vaxt unuda bilmərik. 

Müharibənin başladığı gündən, bitdiyi günə qədər Türkiyə bizim yanımızda oldu.

Bunlar hamısı qardaşlığımızın, iki dövlət olaraq bir-birimizə olan sevgimizin əsrarəngiz nümunəsidir.

 

Elə bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu gün "X" hesabında paylaşımı ilə bu fikirləri sübut etdi.

Paylaşımda deyilir: "Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm. Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası".

Bəli, budur Azərbaycan-Türkiyə birliyi. 

Budur, Azərbaycan-Türkiyə qardaşlığı.

Yaşasın, Azərbaycan-Türkiyə. 

 

Mayıl Soltanov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər