00:00:00
Yazar
Admin User
22.05.2025 08:34 452 1 dəq oxuma
Media

Bir Millətin Sədası…

Bir Millətin Sədası…

Bu gün Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbələrinin açıq dərsidir. Tədbirin açılışını fənn müəllimi Günay Məmmədova edib, Jurnalistika fakültəsinin tələbələri Gülər Mustafayeva və Cahandar Qocalı edib.

 

"İnformator.az" xəbər verir ki, tədbirin gedişatında Nurlan Cəbrayılzadə mətbuat və aparıcı media subyektlərindən danışıb.


AZƏRTAC-ın tarixi inkişaf mərhələlərindən danışıb. 105 yaşlı AZƏRTAC-ın yalnız ölkə səviyyəsində deyil, həm də digər bir çox ölkələrdə tanınmasından, onun xarici əməkdaşlarından bəhs edib. Nurlan Cəbrayılzadə bildirib ki, Universitetimizin tələbələri də hər il AZƏRTAC-a praktikaya gedir. Sonda isə AZƏRTAC və "Report.az" xəbər saytlarını qarşılaşdırıb.

 

Müstəqil mediamızın ilk çıraqlarından olan "Aydınlıq" qəzet haqqında Aqil Əmrahlı danışıb.

 

Aqil Əmrahlı "Aydınlıq" qəzetinin milləti maarifləndirməsi və milli mətbuat tarixindəki dərin izlərindən bəhs edib.

 

Daha sonra Nəzrin Xankişiyeva  mətbuatımızın incilərindən olan, "Ulduz" jurnalı haqqında məlumat verib. O, ilk  olaraq mətbuatımızın önəmindən, sonra isə "Ulduz" jurnalının tarixindən bəhs edib. "Ulduz" jurnalının günümüzdə də parlamasından, onun xarici ölkələrdə tanınmasından, beynəlmiləl bir jurnal olmasından danışıb.

 

Asiman Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər