00:00:00
Yazar
Admin User
25.07.2023 13:25 258 2 dəq oxuma
Sosial

Bir məktəbin qızıl medallı 4 şagirdi

Bir məktəbin qızıl medallı 4 şagirdi

Bu il məktəbi yüksək göstəricilərlə bitirən məzunlar qızıl və gümüş medalla təltif ediliblər. Təltif edilənlər arasında bir məktəbin 4 məzunu var.

 

İnformator.az xəbər verir ki, 220 nömrəli məktəbin qızıl medala layiq görülən 4 şagirdindən ikisi bir sinifdə təhsil alıb. Yüksək göstəricilərlə orta təhsillərini başa vuran bu məzunlar qəbul imtahanında da yüksək nəticə göstəriblər. Qızıl medalçı Nəzakət Əzizova buraxılış imtahanından 286 bal, ümumilikdə isə 617 bal toplayıb. Hədəfinin hüquqşunaslıq ixtisası olduğunu deyir: “Aşağı siniflərdən bəri qiymətlərim əla idi. İki il respublika fənn olimpiadasında Azərbaycan dili və Ədəbiyyat fənni üzrə gümüş medala nail olmuşdum. Bu, mənim ilk qızıl nişanımdır”.


Digər qızıl medalçı Aydın Məmmədov isə Almaniyanın tanınmış universitetinə təqaüd qazanıb. Bundan sonrakı təhsilini də orda davam etdirəcək. 3 dil bilən məzunun bu, ilk qızıl medalı deyil: “Respublika fənn olimpiadalarında fizika fənni üzrə 3 dəfə gümüş medal, Bakı elm olimpiadasında gümüş medal və fizika fənni üzrə birinci yer. Amo və sasmo olimpiadalarında qızıl medal, onlayn riyaziyyat olimpiadasında gümüş medal qazanmışam. Həmçinin bu il keçirilən beynəlxalq jatko olimpiadasında Azərbaycanı təmsil etmişəm. Düşünürəm ki, gündəlik iki-üç saat oxumaq kifayət edir. Bütün gün ərzində dərs oxumaqdansa, həm əyləncələlə, həm də dərslə məşğul olmaq daha effektivdir”.


Məqsədi Tibb Universitetində təhsil almaq olan Zərifə isə ibtidai sinifdən qızıl medal üçün çalışdığını deyir. “Mənim birinci sinifdən bəri hədəfim məktəbi bitirib həkim olmaq olub. Çox oxumaq məncə çox da keyifyyətli olmur, çünki insan yorulur. Az, amma keyfiyyətli oxumaq lazımdır. 9-cu sinfə qədər bütün fənnləri oxumuşam. Xüsusi ilə kimyaya çox həvəsim olub. 10-cu, 11-ci siniflərdə əsasən Kimya, Fizika, Biologiya fənnlərinə önəm vermişəm”.


Qızıl medalçı Hüseyn İsayev də uşaq yaşlarından oxumağa həvəsli olduğunu deyir. “Birinci sinifdən bu ilə qədər əlaçıyam, yəni hər il. İngilis dili səviyyəm yüksəkdir kifayət qədər, Rus dili səviyyəm yüksəkdir. Alman dilini də öyrənirəm. Çalışan hər kəs buna nail ola bilər”.


Şagirdlərinin potensialına bələd olan müəllimləri də məzunlarından bu uğuru gözlədiklərini deyirlər. Cəmilə İbrahimovnın sözlərinə görə, bütün fənnlərə səylə çalışıblar. “Müəllim olaraq gözləntimiz çox böyük olub bu şgirdlərdən, istədiyimiz nəticəni də çox şükür əldə etmişik”.


Qeyd edək ki, bir məktəbin 4 şagirdi nazirin imzaladığı əmrə əsasən qızıl nişana layiq görülən 126 şagird arasındadır. 96 məzun isə gümüş nişanla təltif edilib.

Lamiyə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər