BİR NEÇƏ KÜÇƏDƏ HƏRƏKƏTİ İFLİC EDƏNLƏR
Bakının Nəsimi rayonunun iki fərqli küçəsinin kəsişdiyi nöqtədə sürücülər hər gün əziyyət çəkirlər. Çünki ərazidə nə parklanma üçün uyğun şərait, nə də hərəkət etmək üçün enli yol var. Cavabdeh qurum isə illərdir müşahidə edilən problemin həllini nəzarət tədbirlərini gücləndirməkdə görür.
Söhbət Vidadi və Rəsul Rza küçələrinin kəsişdiyi yerdən gedir. Yolun sağında və solunda avtomobillər hərəkətin intensivliyinə problem yaradır.
Ərazidən keçən küçələr bir tərəfli olduğu üçün tıxacda ilişib qalanlar yolu axıra qədər getməli olurlar ki, bu da vaxt itkisi ilə nəticələnir. Belə olan halda əsəblər tarıma çəkilir. Dayanma-durmanın qadağan olduğunu göstərən nişanın tələbini pozaraq hərəkətə çətinlik yaradanlar elə yerindəcə cərimələnir.
Mövcüd vəziyyətdən küçənin hər iki tərəfində yaşayan sakinlər də əziyyət çəkir. Bakı Şəhər Dövlət Yol Polisi idarəsindən isə deyilir ki, gün ərzində sözügedən küçələrdə onlarla sürücüyə cərimə yazılır, görünür, bəzi sürücülər üçün həmin protokolların heç bir mənası yoxdur. Odur ki, qurum nəzarət tədbirlərini gücləndirməyi qərara alıb.
Gündüz
