Bir sıra futbolçularımız irqi ayrı-seçkiliyə məruz qalıb
“Qarabağ” -“Chelsea” matçında irqi ayrı-seçkilik insidenti baş verib
Bu gün keçirilən UEFA Gənclər Liqası matçında “Chelsea” futbolçularının irqçi təhqirlərə məruz qaldığı açıqlanıb.“Chelsea” klubunun yaydığı rəsmi bəyanatda qeyd olunur:
“Azərbaycanın ev sahibliyi etdiyi bu günkü UEFA Gənclər Liqası qarşılaşmasında qol vurduqdan sonra bir neçə futbolçumuz azarkeşlərdən birinin irqçi təhqirlərinə məruz qalıb.Rasizm və ayrı-seçkiliyin bütün formaları futbol və ümumilikdə cəmiyyət üçün qəbuledilməzdir. Bu cür davranışları qətiyyətlə pisləyirik.Futbolçularımız klub tərəfindən tam dəstək alıb. Hadisə UEFA-nın matç nümayəndəsinə və ev sahibi kluba dərhal bildirilib. Məsələnin UEFA-nın intizam prosedurlarına uyğun olaraq tam şəkildə araşdırılmasını gözləyirik.Futbolçularımızın və texniki heyətin meydandakı reaksiyası ilə qürur duyuruq. Onlar hadisəni dərhal baş hakimin diqqətinə çatdıraraq UEFA-nın protokollarına uyğun şəkildə peşəkar və düzgün yanaşma sərgiləyiblər”.
BBC sports
Mələk Nəsirli
