00:00:00
Yazar
Admin User
12.06.2015 05:19 1238 1 dəq oxuma
İdman

Birinci Avropa Oyunlarının ilk yarışlarına start verilib

Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülük dueti və komanda yarışı saat 09:00-dan başlayıb.
Birinci Avropa Oyunlarının ilk yarışlarına start verilib

Birinci Avropa Oyunlarının ilk yarışlarına start verilib.

İnformator-un məlumatına görə, Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülük dueti və komanda yarışı saat 09:00-dan başlayıb.

Sinxron üzgüçülük üzrə Belarus idmançıları Hanna Şulhina və Dominika Tsiplakova dueti Bakı 2015-də sərbəst yarışların ilkin mərhələsində çıxış etməklə Oyunlara start vermiş olublar.

17 yaşlı rusiyalı idmançı, ikiqat dünya çempionu Anisiya Neborako Bakı Su İdmanı Mərkəzində komanda tərkibində üç medal uğrunda günorta keçiriləcək yarışlara başlayır.

Cütlüklərin yarışında Azərbaycanı Tatyana Nikitina və Yekaterina Valiulina təmsil edəcək. Cütlüyümüz 19 ölkədən olan rəqiblərinə qarşı mübarizə aparacaqlar.

Komanda yarışında isə 14 ölkə təsnifat mərhələsində mübarizə aparacaq.

Hər iki növ üzrə yarışın final mərhələsi iyunun 15-də təşkil olunacaq.

Yarışları aşağıdakı linkdən istifadə etməklə izləmək mümkündür:

http://az.baku2015.com/video/live/video/synchronized-swimming-preliminary.html


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər