00:00:00
Yazar
Admin User
02.02.2015 07:30 391 1 dəq oxuma
Sosial

Birləşmiş Ərəb Əmirlikləri mətbuatı Azərbaycandan yazıb

“Zəngin təbii sərvətlərə malik olan Azərbaycan investisiya yatırmaları üçün BƏƏ şirkətləri üçün cəlbedicidir.”
Birləşmiş Ərəb Əmirlikləri mətbuatı Azərbaycandan yazıb

Zəngin təbii sərvətlərə malik olan Azərbaycan investisiya yatırmaları üçün BƏƏ şirkətləri üçün cəlbedicidir.”

Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Bəyan qəzetinə müsahibəsində belə deyib.
Baş konsul Azərbaycan ilə BƏƏ arasında bir çox sahələrdə, o cümlədən nəqliyyat, logistik dəstək, ticarət, tikinti, infrastruktur, turizm, kənd təsərrüfatı, ərzaq sənayesi, maliyyə xidmətləri, rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarına toxunub.

Pərviz İsmayılzadə kommunikasiya və logistik dəstək, tikinti və yenidən qurma və infrastruktur, turizm, kənd təsərrüfatı və ərzaq sənayesi, maliyyə xidmətləri, rabitə və informasiya texnologiyaları sektorlarının ortaq investisiya üçün əlverişli 6 əsas sahə olduğunu qeyd edib.

Kənd-təsərrüfatı üçün əlverişli imkanlara malik olan Azərbaycanın ərzaq məhsullarının ixracı üçün geniş imkanlara malik olduğunu diqqətə çatdıran baş konsul Azərbaycanın turistlər üçün cəlbedici məkan olduğunu vurğulayıb.


Məqalə ilə daha ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://www.albayan.ae/economy/local-market/2015-01-30-1.2299705


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər