Biz müharibəyə tam hazırıq
İran hökumətinin sözçüsü Fatma Mohacerani ölkəsinin münaqişə zonalarındakı problemlərin həlli üçün dialoqa və regional sabitliyə üstünlük verdiyini, eyni zamanda milli maraqları qorumaq üçün müxtəlif variantları masada saxladığını bildirib.
İran mətbuatında yer alan xəbərlərə görə, Mühacerani paytaxt Tehranda mətbuata açıqlamalar verib.
Xarici mətbuatda İrana qarşı müharibə təsəvvürünün yaradıldığını və bununla da İran xalqı arasında narahatlıq yaratdığını bildirib və bunları əlavə edib:
"Müharibə təhlükəsi ilə üzləşdiyimiz bu şəraitdə xarici mətbuatda müharibə təbillərinin səsini eşidə bilərik. Əlbəttə ki, bu təhlükə ilə ilk dəfə qarşılaşmırıq. Əvvəllər çoxmərhələli müharibənin ortasında olduğumuzun fərqində idik. Bizim prioritetimiz problemləri diplomatiya yolu ilə həll etməkdir. Bununla belə, digər variantlar da masadadır. Biz (müharibəyə) tam hazırıq”.
TRT Haber
Arzu Poladova
