00:00:00
Yazar
Admin User
25.12.2025 13:19 93 1 dəq oxuma
İdman

Biz standart voleybol oynamırıq, sirrimiz budur

Biz standart voleybol oynamırıq, sirrimiz budur

“Biz fərqli oynadığımıza görə qələbə qazanırıq”.

 

Bu sözləri “Turan” Voleybol Klubunun baş məşqçisi Ziya Rəcəbov “İnformator.az”a açıqlamasında deyib. O qeyd edib ki, komanda 6 aydır fəaliyyət göstərməyinə baxmayaraq böyük uğurlar qazanıb:

 

“‘Turan’ komandası yaranandan bəri hər zaman fərqli voleybol nümayiş etdirməyə çalışmışıq. Ümumi baxsaq, digər böyük komandalardan azca zəif olsaq da, fərqli oyunlarımız ilə çoxsaylı qələbələr qazanaraq tanınırıq. Biz bir ailə mühiti yaratmışıq. Ailəmizdə hər kəs bir-biri ilə çox yaxşı yola gedir. Normalda qızlardan ibarət komandalar bir az kaprizli olur, ancaq bizdə olan bu səmimilik buna imkan vermir”.

 

Müsahibimizin sözlərinə görə, “3:0”lıq qələbənin əsas səbəblərindən biri də komandanın məhz təcrübəli oyunçulardan ibarət olmasıdır:

 

“Komandada 35–36 yaş aralığında, Avropa və s. yerlərdə oynamış və təcrübə qazanmış oyunçularımız var. Komandamızda bir prinsip var. Biz oyunçulara ev tapşırığı veririk. Bizim ev tapşırığımız rabitəli, koordinasiya edərək oynamaqdır. Bununla voleybol daha baxımlı olur. Bu həm də rəqib komandanı da qorxudur. 1 set oyununda 4–5 ev tapşırığı olarsa, rəqib çaş-baş qalır, bizi qələbəyə aparır”.

 

Zəhra Möhübbətova

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər