“Bizdə özündən aşağı liqada yer alan komanda uduzmur”
Bu gün Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulacaq.
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, çoxda gözlənilməz nəticə qeydə alınmır:
“Çünki bizdə özündən aşağı liqada yer alan komanda uduzmur. Məsələn götürsək Avropa ölkələrini-Almaniyanı, İngiltərəni, Fransanı orda görürük ki, aşağı liqa təmsilçiləri yarım finala qədər gedirlər. Finala çıxırlar, amma biz də elə olmur. Yəni məsələn, “Misli primer” liqasının təmsilçisi birinci liqa komandasını udur, birinci liqa komandası ikinci liqa komandasını udur, son dəfə özündən yuxarı liqanı keçən komanda “Kəpəz” olub. “Sabah”ı keçib, yəni belə də çoxda gözlənilməz nəticə qeydə alınmayacaq. İstisna kimi bu ilki “Qəbələ”-“Şəfa” maçını göstərə bilərəm. Bəlkə də “Şəfa” sürpriz edə bilər, amma istənilən halda marağlıdır aşağı liqa komandaları öz güclərinə bələd olurlar, özlərini sınayırlar”.
Aytac İbrahimova
