Bizi qıcıqlandıran suallar: “Maaşın nə qədərdir”?
Bəzən bizə cavablandırmaq istəməzdiyimiz suallar verilir. Onlar ya şəxsi xarakter daşıyır ya da soruşan şəxslə münasibətimizə uyğun gəlmir. Belə sualların ortaq bir cəhəti var: bizdə qıcıq yaratmaqları. Təəssüf, bu kimi məsələlərdə şəxsi maraq etik qaydaları üstələyir.
Psixoloq Ruhiyyə Rüstəmova deyir ki, elə suallar var ki onları soruşmaq etik baxımından heç doğru deyil: "Bu cür sualları vermək istəyərkən insanlar qarşıdakının psixoloji travmaları ola biləcəyini, həmin andaki əhvalını və s. nəzərə almalıdırlar”.
Bu cür suallara cavab vermək istəmədiyimizi söyləmək yanlış, ya da kobud davranış deyil. Amma yenə də bəziləri “cavablamaq istəmirəm” deməkdən çəkinir, qarşıdakinin qəlbini qırmamaq üçün qarşılıq vermək məcburiyyətində olduğunu düşünür.
Psixoloq hesab edir ki, həmin suallara zarafatyana cavab vermək olar: “Yaxud estetik etdirən birinə onun kompleksləri ilə bağlı sual ünvanlayarkən “özümü bu cür daha yaxşı hiss edirəm” və ya hələ uşaq sahibi olmayan birindən bununla bağlı soruşulan suala “özümü hələ hazır hiss etmirəm” kimi cavab vermək daha uyğundur”.
Başqasına sual verərkən bir incə xətti heç vaxt unutmayın: İnsanlar yalnız özləri haqqında bilinməsindən çəkinmədikləri şeyləri paylaşırlar. Sərhədlər vacibdir. Çalışaq, onlara hörmətlə yanaşaq.
