00:00:00
Yazar
Admin User
25.07.2023 15:34 264 1 dəq oxuma
Sosial

“Bizim Gənclik” İctimai Birliyi tərəfindən keçirilən “Diktə et” layihəsi yekunlaşıb

“Bizim Gənclik” İctimai Birliyi tərəfindən keçirilən “Diktə et” layihəsi yekunlaşıb

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə NAYORA-nın “ŞƏBƏKƏ” Proqramı çərçivəsində “Bizim Gənclik” İctimai Birliyi tərəfindən Gənclər Təşkilatlarının Resurs Mərkəzində “Diktə et” adlı layihə həyata keçirib.

 

Layihədə 30-dan artıq gənc 3 gün ərzində öz nitqlərini inkişaf etdirmək və yeni biliklər öyrənmək məqsədi ilə diksiya təlimçisi, aparıcı və qiraətçi Turğay Camalın iştirakı ilə keçirilən təlimdə iştirak ediblər. Təlimlər əsasən artikulyasiya, diksiya, bədən dili, səhnə danışığı kimi mövzuları əhatə edib.

 

Layihənin ilk günü iştirakçıların şəbəkələşməsi üçün komanda quruculuğu oyunları keçirilib, həmçinin gənclərin spesifik problemlərinin aşkar edilməsi məqsədi ilə xüsusi sessiyalar keçirilib.

 

Dodaq tənbəlliyi, komplekslərdən qurtulma, düzgün tələffüz kimi problemlərin həlli ikinci günün əsas hədəf mövzularından olub.

 

Sonuncu gün isə bədən dili ilə bağlı vacib məqamlar vurğulanmış və ümumi dinləmə keçirilib.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər