"BİZNES QURMAĞIN TƏHSİL İLƏ ƏLAQƏSİ YOXDUR"
"Biznes universitetdə öyrədilən bir şey deyil, ona görə də biznesin təhsillə çox əlaqəsi yoxdur. Daha çox biznes elə biznesdə öyrənilir" bu sözləri açıqlamasında NME şirkətinin direktoru, “Balta” animasiyasının layihə rəhbəri və prodüseri Nicat Manafov bildirib.
Bəs biznes qurmaq üçün hansı sirləri bilmək lazımdır?
Biznes üçün öncə ideya olmalıdır, bu ideya isə sizdə işləmək həvəsi yaratmalıdır.
Əlavə buraya biznesin maliyyə perspektivlərini müəyyənləşdirmək, planınız barədə kimsəyə məlumat verməmək, hər müştəri ilə yaxından maraqlanmaq daxildir.
Qeyd edək ki, qarşınıza bu yolda hədəf qoyubsuzsa, yaxın 2 il ərzində istirahət və tətil olmadan işləməyə hazır olmalısınız.
ÇİNARƏ MURADOVA
