00:00:00
Yazar
Admin User
20.10.2025 18:15 177 1 dəq oxuma
İdman

''Blazers" Toumani Camara, Shaedon Sharpe ilə müqaviləni uzadıb

''Blazers" Toumani Camara, Shaedon Sharpe ilə müqaviləni uzadıb

''Portland Trail Blazers" bazar günü iki əsas oyunçusu ilə uzunmüddətli müqavilə bağlayıb. ABŞ mediasının məlumatına görə, komanda qvardiya Shaedon Sharpe və forvard Toumani Camara ilə müvafiq olaraq 90 milyon və 82 milyon dollar dəyərində dördillik müqavilə uzadıb.

 

Bu razılaşmalar hər iki oyunçunun 2029-30 mövsümünün sonuna qədər "Portland"da qalmasını təmin edəcək. Sharpe ötən mövsüm orta hesabla 18.5 xal toplayaraq karyerasında ən yüksək göstəriciyə imza atıb və bu göstərici ilə komanda yoldaşı Anfernee Simons-dan sonra ikinci olub. O, həmçinin 72 oyunda (onlardan 52-də start heyətində) 4.5 ribaund və 2.8 assistla yadda qalıb.

 

Reuters

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər