00:00:00
Yazar
Admin User
05.02.2015 10:45 316 1 dəq oxuma
Sosial

Bələdiyyələrin fəaliyyətində hələ də müəyyən çatışmazlıqlar var

Bu fikirlər Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında səsləndirilib
Bələdiyyələrin fəaliyyətində hələ də müəyyən çatışmazlıqlar var

Bələdiyyələrin fəaliyyətində hələ də müəyyən çatışmazlıqlar var. Bəzi bələdiyyə sədrləri işlərinə məsuliyyətsizliklə yanaşırlar. Bu fikirlər Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında səsləndirilib. Bələdiyyələrdəki nöqsanların ən çoxu mülkiyyət məsələləri ilə bağlıdır. Kənd təsərrüfatlı təyinatlı torpaqların satışında qanun pozuntusuna yol verilir. Faktlar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzində aparılan müşahidələr nəticəsində müəyyənləşib. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə bu qanunsuzluğu aradan qaldırmaq istiqamətində aidiyyatı qurumlarla birgə müşavirə keçirildiyini bildirib. Bununla əlaqədar kənd təsərrüfatlı təyinatlı torpaqların satışında qanunsuzluğun aradan qaldırılması üçün tövsiyələr hazırlanıb. Regional Məsələlər Komitəsinin iclasında problemlərlə yanaşı, bu sahədəki inkişaf da önə çəkilib. Bildirilib ki, 2014-cü ildə 21 rayon üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 yeni bələdiyyə yaranıb. 2014-cü ildə bələdiyyələrə daxil olan müraciətlərin sayı artıb. Bundan əlavə, bələdiyyə qulluğuna qəbul qaydaları dəyişdirilib. Qanun layihəsində “bələdiyyənin sədri birbaşa təyin edir” sözləri “bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir” sözləri ilə əvəzlənib. Düzəliş nəticəsində bələdiyyə orqanına qəbulla bağlı qərarı bələdiyyə sədri yox, yeni yaradılacaq komissiya verəcək. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər