BMT Maduro ilə bağlı bəyanat yayıb
Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi təhlükəli beynəlxalq presedent yaradır.
"İnformator.az" xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
O, həmçinin Maduronun ələ keçirilməsindən çox narahat olduğunu bildirib:
"ABŞ-nin hərəkətləri təhlükəli presedent yaradır və beynəlxalq münasibətlər üçün ciddi nəticələrə səbəb ola bilər".
