00:00:00
Yazar
Aysel Mirzəyeva
16.03.2026 19:44 29 2 dəq oxuma
Siyasət

“Böhranların yaranması həm ABŞ, həm də İran üçün əlavə risklər yaradır” - ŞƏRH

“Böhranların yaranması həm ABŞ, həm də İran üçün əlavə risklər yaradır” - ŞƏRH

Viktor Orbanın başçılıq etdiyi Macarıstan hökuməti növbəti dörd il ərzində də hakimiyyətdə qalmağı hədəfləyir. Rəsmi Budapeşt bu müddət ərzində Ukraynanın Avropa İttifaqı (Aİ) daxil olmasına imkan verməyəcəyini, bu ölkəyə hərbi yardım göstərməyəcəyini və macar əsgərlərini oraya göndərməyəcəyini bəyan edib.


Mövzu ilə bağlı siyasi şərhçi Ülviyyə Zülfiqar “İnformator.az”a açıqlamasında bildirib ki, son günlər ABŞ və İran arasında mümkün danışıqlarla bağlı səslənən bəyanatlar göstərir ki, tərəflər arasında gərginlik yüksək səviyyədə olsa da, diplomatik kanalların tam bağlanması müşahidə olunmaya bilər:

 

“ABŞ və İran münasibətləri uzun müddət qarşıdurma və sanksiyalar fonunda inkişaf etsə də, həmişə müəyyən mərhələlərdə tərəflər yenə də danışıqlara qayıtmağa məcbur olublar. Bu baxımdan hazırkı vəziyyətdə də rəsmi bəyanatlarda sərt ritorika müşahidə olunsa da, diplomatik dialoq imkanları tam istisna edilmir. Digər tərəfdən, hazırkı regional vəziyyət danışıqların başlanmasını çətinləşdirən əsas amillərdən biridir. Yaxın Şərqdə davam edən hərbi gərginlik, tərəflərin bir-birini qarşılıqlı ittiham etməsi və xüsusilə təhlükəsizlik məsələləri üzrə kəskin mövqelər danışıqlar üçün əlverişli deyil. Beynəlxalq təcrübə göstərir ki, ən gərgin qarşıdurmalar belə müəyyən mərhələdə diplomatik kanallar vasitəsilə tənzimlənməyə çalışılır. Müharibə riskinin artması, enerji bazarlarında qeyri-sabitlik və regionda yeni təhlükəsizlik böhranlarının yaranması həm ABŞ, həm də İran üçün əlavə risklər yaradır. Bu səbəbdən tərəflər birbaşa və ya vasitəçilər üzərindən müəyyən təmasların qurulmasına maraq göstərə bilərlər. Yaxın perspektivdə genişmiqyaslı və sürətli nəticə verəcək danışıqların başlanması çətin görünür. Lakin müəyyən vasitəçi platformalar vasitəsilə ilkin təmasların qurulması ehtimalı qalır. Bu cür təmaslar tərəflər arasında gərginliyin müəyyən qədər idarə olunmasına və gələcəkdə daha geniş siyasi dialoq üçün zəmin yaranmasına xidmət edə bilər”.


Aytac İbrahimova

#Gündəm #siyasi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər