00:00:00
Yazar
Admin User
11.11.2025 17:10 122 2 dəq oxuma
İdman

Boksçularımız İslamiadanı 6 medalla başa vurublar

Boksçularımız İslamiadanı 6 medalla başa vurublar

"İslam Oyunlarında kişilərdən ibarət 3, qadınlardan ibarət 4, yəni cəmi 7 boksçumuz iştirak edib. Onu demək istərdim ki, 80 kiloqram çəki dərəcəsində SəidCəmşid Cəfərov çox parlaq çıxış edib. Güclü, tanınmış idmançılara qələbə çalaraq qızıl medala nail olub".

 

Bu sözləri Milli komandanın böyük məşqçisi Nəriman Abdullayev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, hətta qələbəyə aid videolar da var:

 

"İkinci boksçumuz 60 kiloqram çəki dərəcəsində Məmmədəli Qasımzadə finala gəlib çıxıb. Təəssüf ki, zədəsi olduğuna görə, o final döyüşünü davam edə bilməyib və ikinci yerə, gümüş medala nail olub. 70 kiloqram çəki dərəcəsində Sərxan Əliyev də parlaq qələbələr çalıb. Onun da məğlub olduğu idmançı çox güclü, dünya üzrə çempionatda yer tutmuş boksçu idi. Döyüş çox yaxşı keçib. Amma rəqibi ondan güclü idi və xal hesabı ilə məğlub edib. Yəni ki, üç boksçumuz burada iştirak edərək, bir qızıl, bir gümüş və bir bürünc medala nail olub".

 

Müsahibimizin sözlərinə görə, qızlardan ibarək dörd boksçumuz da rəqabətli döyüş göstərib:

 

"Dörd qızdan üçü medal qazanıb. İki gümüş və bir bürünc medal qazana bildik. Burada bütövlükdə yeddi idmançıdan bir nəfər medalsız qalıb, o da qızlardan idi. Ən parlaq qələbəni isə çempionumuz SəidCəmşid göstərib. Boksçularımız çox gözəl döyüşlər göstərib və çox tanınmış idmançılara qələbə çalıblar. Azərbaycanın qələbəsi göz qarşısındadır və hamı buna şahid oldu. Ona görə də biz buradan qızıl medalla da qayıdırıq. Bu nailiyyət isə çox gözəldir".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər