00:00:00
Yazar
Lalə Qafarova
31.08.2026 21:55 68 2 dəq oxuma
Sosial

Bol çeşid, fərqli qiymət

Bol çeşid, fərqli qiymət

Yeni dərs ilinin həyəcanı mağazalara da köçüb, valideynlər üçün mövsümün ən fəal axtarış dövrü başlayıb. Təklif bol, parça çeşidi müxtəlif olsa da, əsas sual dəyişmir: bazarda mənzərə nə göstərir. qiymətlər büdcəyə nə dərəcədə uyğundur? Daha ətraflı AzTV Xəbərin əməkdaşları araşdırıb.

 

TİTR: LALƏ QAFAROVA – MÜXBİR

STAND-UP: Yeni tədris ilinə sayılı günlər qaldıqca valdyenlər üçün ən vacib addım məktəbli forması almaqdır. Lakin əsas məsələ qiymətlər hansı səviyyədədir, təklif olunan məbləğ formanın keyfiyyətinə mağazaları gəzməklə bitmir. Alıcıları düşündürən əsas sual budur: bəs və davamlılığına cavab verirmi?

 

1. SATICI

“Ətəklər 10 manatdan başlayır. 10-12- 15 civarındadır. Köynəklər keyfiyyət və materiala görə dəyişir. 8 manata var, 10 manata var, 12 manata köynəklərdir. Jaketlər də 20 manat - 25 manat civarındadır. Hər bir şeydə keçərli olduğu kimi keyfiyyət söhbətinə görə dəyişir qiymətlər”. 

 

2. SATICI

“Keyfiyyətlərinə görə qiymətləri dəyişir. Üst geyimləri var belə 10 manata, bu rəngdə də var 15 manata. Yupkalar var, üst geyimləri var, şalvarlar var. Şalvarların da qiymətləri 10 manatdan 20 manatadək dəyişir. Üst geyimləri var, onlarda 15 manatdan 20 manatadək dəyişir”.

 

3. SATICI

“Qiymətlərimiz 5 manatdan başlayır, 20 manata kimi qiymətlərimiz var, köynəklərdə, Salvarlarda isə 12-dən başlayır 40 manatadək. 40 manat ona görədir ki, batdal bədən, böyük kilolu uşaqlarımız üçün”.

 

4. SATICI

“Bizdə material keyfiyyətlidir, yaxşı materialdır. Müştərilər də materialdan razılıq edirlər. Bu pololarımız təmiz pambıqdır. Jiletlərimiz təmiz yundur. Bunlar 22 manatdır. Şalvarlar 15 manatdır, ətəklər 15 manatdır. Pololar 12 manatdır, qolu uzunlar 14 manatdır”. 

 

K.A: Bəs qiymətlər valideyinləri qane edirmi?

 

1. ALICI

“35-42 Manatdır. Həqiqətən 1 ailədə 3 övlad məktəbə göndərəndə sərf etmir. Bunun qısa qolu, uzun qolunu almalıyıq. Şalvarı, yupkası. Bir uşağa ən azı 200 manat gəlib çıxır”. 

 

2. ALICI

“Digər mağazalara da yaxınlaşdıq daha öncə. Həmin mağazalarda da malların fərqli qiymətləri ilə, təbii ki, rastlaşdıq. Türk istehsalı köynəkləri aldıq, 14 manata, Türkiyə istehsalı şalvar idi, onu da götürdük. Onları da münasib qiymətlə 25-ә, 28-ǝ. Hər cibə uyğun var. Digər mağazada dedilər ki, 20 manatdır. 16-ya verərik. Müəyyən bir endirimlə”. 

 

3. ALICI

“Hər il burdan alırıq. Yaxşıdır. Qiyməti də yaxşıdır, materialı da yaxşıdır.  Yupkası 15 manata, köynəyi 12 manata”. 

 

K.A: Satışda hər büdcəyə uyğun geyim tapmaq mümkün olsa da, mütəxəssislər xəbərdarlıq edir: ucuz görünən bəzi məhsullar keyfiyyətsiz və mənşəyi bilinməyən parçalardan tikilir.

 

TİTR: ETİBAR ƏZİMOV - BAKI TİKİŞ EVİNİN ŞÖBƏ MÜDİRİ

 

“Valideynlərə məsləhətim odur ki, mənşəyi bilinməyən saxta məktəbli formaları almasınlar. Fabrik istehsalı olan məktəb formaları alsınlar. Yəni sertifikatı olan, zəmanəti olan məktəb formaları. Çünki hazırda bazarda mənşəyi bilinməyən, kilo ilə alınıb, gətirilmiş məktəb formaları var”. 

 

K.A: Bir sözlə, seçim imkanı genişdir. Əsas məsələ isə həm büdcəyə, həm də standartlara cavab verən doğru geyimi seçməkdir.

 

LALƏ QAFAROVA, NAİL ŞAHBAZOV, AZTV XƏBƏR

 

#gündəm #yeni #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər