00:00:00
Yazar
Admin User
10.09.2025 15:06 107 1 dəq oxuma
İdman

Boliviya Dünya Çempionatının pley-off mərhələsində çıxış edəcək

Boliviya Dünya Çempionatının pley-off mərhələsində çıxış edəcək

Boliviya 2026 FIFA Dünya Çempionatının Cənubi Amerika seçmə mərhələsində Braziliyanı 1:0 hesabı ilə məğlub edərək Dünya Kubokunun pley-off mərhələsinə yüksəlib.


Boliviyanın El Alto şəhərindəki Estadio Municipal El Alto stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 45+4-cü dəqiqədə Miguel Terceros'un penaltidən vurduğu qolla qalib gəlib.


Cənubi Amerika seçmə mərhələsində 20 xalla qrupunu 7-ci pillədə başa vuran Boliviya dünya çempionatının pley-off mərhələsində oynayacaq.


Günün digər matçında isə Argentina səfərdə Ekvadorla qarşılaşıb, 45+13-cü dəqiqədə Fənərbaxçanın sabiq futbolçusu Enner Valencia penaltidən qola imza atıb.


Argentina millisinin müdafiəçisi Nicolas Otamendi və Ekvador millisinin yarımmüdafiəçisi Moises Caicedo matçın 31-ci dəqiqəsində qırmızı vərəqə alaraq, 50-ci dəqiqədə komandalarının sayı 10 nəfərə enib.


Əldə olunan nəticələrlə liderlər Argentina, eləcə də Ekvador, Kolumbiya, Uruqvay, Braziliya və Paraqvay dünya çempionatına birbaşa vəsiqə qazanıblar.

Cənubi Amerika seçmə mərhələsindəki digər oyunların nəticələrini təqdim edirik:


Peru-Paraqvay: 0-1

Venesuela-Kolumbiya: 3-6

Çili-Uruqvay: 0-0


CCN Türk
Samirə Allahverdizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər