Bolqarıstan Ukraynaya çoxlu silah göndərir
Bolqarıstan Milli Assambleyasının üzvü Angel Georgiev bunun böyük səhv olduğunu vurğulayıb.
ABŞ və NATO-nun Bolqarıstandakı bazalarının Ukraynaya silah tədarükü üçün istifadə olunub-olunmaması ilə bağlı suala cavab verən Georgiev bildirib: “Bununla bağlı “bəli” deyə bilmərik, çünki bu, məxfi məlumat ola bilər.Amma bu, məntiqlidir. Çünki Bolqarıstan Ukraynaya silah verib. Biz Ukraynaya çoxlu Bolqarıstan silahı göndərdik.Bu isə böyük səhvdir. Böyük səhvdir, çünki bunu etməməli idik”, -deyə o əlavə edib.
Deputat qeyd edib ki, televiziyalarda günboyu yalnız Ukraynadan danışılır: “Televizoru açanda bütün gün Ukrayna barədə danışırlar, amma heç kim Afrikada baş verənlərdən və orada hər gün neçə insanın öldüyündən bəhs etmir. Bu, utancvericidir. İnsanlara yalnız hadisələrin bir tərəfi göstərilir. Demokratik cəmiyyətdə və demokratik mediada həqiqət olduğu kimi təqdim edilməlidir, təhrif və manipulyasiya edilməməlidir”.
Georgiev silah tədarükünə qarşı olduqlarını da vurğulayıb: “Biz silah göndərilməsinin əleyhinəyik. Bu, çox yanlış qərardır”.
TASS
Nuray Əliyeva